Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ürəyinə stent qoyulan Abacının vəziyyəti pisləşdi

Baxılıb: 859     Tarix: 05-11-2025 14:13   

Ötən həftə infarkt keçirən türkiyəli müğənni Muazzez Abacının vəziyyəti pisləşib.
Qanunvehedef.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə 77 yaşlı sənətçinin meneceri Taner Budak açıqlama yayıb.
O bildirib ki, sənətçi ötən həftə ürək problemi səbəbindən angioqrafiya (anju) olunub: “Bildiyiniz kimi, ürəyinə stent qoyulub. Onun müalicəsi palata şəraitində davam edirdi. Lakin aparılan müayinələr zamanı anju olunanda verilən kontrastlı mayenin böyrəklərində problem yaratdığı aşkar olunub. Böyrəklər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmədiyi üçün də ağciyərlərində maye toplanıb. Bu səbəbdən Abacının nəfəs almasında çətinlik yaranıb. Hazırda reanimasiyadadır”, - açıqlamada deyilir.

Qanunvehedef.az



{sape_links}{sape_article}