Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Məşhur filmin ulduzları 20 il sonra bir arada - Video

Baxılıb: 567     Tarix: 13-11-2025 11:30   

“The Devil Wears Prada 2” (“Şeytan Prada geyinir 2”) filminin ilk anons videosu yayımlanıb. 20 il öncə çəkilən “The Devil Wears Prada”nın davamı olan bu filmdə ekran işinin ulduzları yenidən bir araya gəliblər.
Qanunvehedef.az “Variety” nəşrinə istinadən xəbər verir ki, 52 saniyəlik kadrlarda amerikalı aktrisalar -  Meril Stripin canlandırdığı Miranda Pristli və onun keçmiş assistenti, Enn Heteueyin canlandırdığı Endi Seks görüntülənib.
2006-cı ildə rejissor Devid Frenkelin çəkdiyi “The Devil Wears Prada” adlı məşhur dram-komediyanın davamı olan bu filmdə “Runway” jurnalının baş redaktoru Miranda Pristli çap mediasının tənəzzülə uğradığı bir dövrdə karyerasını qorumağa çalışır. O, tezliklə öz keçmiş köməkçisi, indi isə lüks brendlər qrupunda reklam büdcələrinə nəzarət edən yüksəkvəzifəli rəhbər şəxs Emili Çarlton ilə rəqib olur.


Xatırladaq ki, filmin 2006-cı ildə ekranlaşdırılan hissəsində universiteti yeni bitirmiş Endi Seksin jurnalistika sahəsində iş tapmaq arzusu ilə “Runway” jurnalında Mirandanın köməkçisi kimi işləməyə başlamasından bəhs olunurdu. Film tənqidçilərdən müsbət rəy almış və dünya üzrə 326 milyon dollar gəlir əldə etmişdi.
Yeni filmdə Meril Strip, Enn Heteuey, Emili Blant, Stenli Tuççi, Treysi Toms və Tibor Feldmanı əvvəlki rollarında görəcəyik. Kenet Bran Pristlinin həyat yoldaşını canlandıracaq. Simona Eşli isə hələ açıqlanmayan rolda çıxış edəcək. Patrik Brammal Endinin yeni sevgilisi obrazına həyat verəcək.
İlk filmdə Endinin sevgilisi Neiti canlandıran Edrian Qrenye bu layihədə yer almayıb.
Qeyd edək ki, filmin fraqmanı ötən gün yayımlanıb. Dünən eyni zamanda aktrisa Enn Heteueyin 43 yaşı tamam olub.




Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar