Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Təbrizdə 750 illik tarixi abidə dağıdıldı

Baxılıb: 6421     Tarix: 02-12-2025 13:31   

Təbrizdə islam dünyasının ilk universiteti olan “Rəb-i Rəşidi” kompleksində yerləşən eyni adlı tarixi hamam dağıdılıb.

Kult.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, tarixi abidə Təbriz Bələdiyyəsi tərəfindən verilən tikinti icazəsi əsasında buldozerlərlə uçurulub.

Mədəni fəalların və yerli əhalinin müraciətlərinə baxmayaraq, Mədəni İrs Nazirliyi və Şərqi Azərbaycan Mədəni İrs Təşkilatı söküntü əməliyyatlarını dayandırmaq üçün heç bir tədbir görməyib.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianın tarixi əsərlərlə bağlı keçirilən tədbirdə minlərlə abidə arasında yalnız “Rəb-i Rəşidi“ kompleksinin adını çəkmiş, onun bərpası və qorunması barədə göstəriş vermişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}