Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dirijor Ramiz Məlik Aslanov Prezidentə məktub ünvanladı

Baxılıb: 7113     Tarix: 03-12-2025 09:58   

Səhhətində son zamanlar problemlər yaşayan Xalq artisti, dirijor Ramiz Məlik Aslanov müalicəsinə dövlət tərəfindən göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Qanunvehedef.az xəbər verir ki, məktubda bildirilib:

“Hörmətli cənab Prezident İlham Heydər oğlu Əliyev!

Dərin minnətdarlıq hissi ilə Sizə bu məktubu yazıram.

Sizin dəstəyiniz sayəsində mən vaxtında peşəkar həkimlərə müraciət edə bildim və bu mənim həyat hekayəmdə həqiqətən də dönüş nöqtəsi oldu.

Ömrünü dirijor pultu arxasında keçirmiş, son zamanlar isə sevdiyim işdən məcburi olaraq uzaq qalmış bir insan kimi göstərdiyiniz diqqət mənim üçün misilsiz mənəvi dayaq oldu, prosesin uğurlu nəticəsinə ümid və güc mənbəyinə çevrildi.

Sizin tərəfinizdən göstərilən bu qayğı və diqqət ölkəmizin hər bir vətəndaşının taleyi üçün nə qədər böyük əhəmiyyət daşıdığınızın parlaq nümunəsidir və bu, fərəh və qürur hissi doğurmaya bilməz!

Dərin hörmətlə,

bütün işlərinizdə yeni uğurlar arzulayaraq,

Sizə və ailənizə can sağlığı və rifah diləyərək,

Ramiz Məlik Aslanov”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar