Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rəşid Behbudovun 110 illiyi münasibətilə Fəxri Xiyabandakı məzarı ziyarət olunub

Baxılıb: 10041     Tarix: 17-12-2025 15:21   
 
Rəşid Behbudovun 110 illiyi münasibətilə Fəxri Xiyabandakı məzarı ziyarət olunuDekabrın 14-də dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 110 illiyi tamam olur.
Bu münasibətlə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət xadimləri, Rəşid Behbudovun yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi və müğənninin ailə üzvləri Fəxri xiyabanda sənətkarın xatirəsini yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.
Çıxışlarda Rəşid Behbudovun Azərbaycan musiqi mədəniyyətinin və kino sənətinin inkişafında xidmətləri qeyd olunub, dövlətimiz tərəfindən müğənninin yaradıcılığının daim yüksək qiymətləndirildiyi vurğulanıb.
Xatırladaq ki, R.Behbudov 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində 100-dən çox ölkəyə səfər edib. O həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb.
Məlahətli səsi ilə könülləri fəth edən müğənni 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildə Tiflisdə başlayıb, Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. Unudulmaz ifaçı 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.
 
Tofiq Salmanov,   
Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin direktoru




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar