Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi

Baxılıb: 9311     Tarix: 29-12-2025 12:48   

“Kəlmə-kəlməyə” layihəsinin iştirakçısı, tanınmış meyxana ustadı Vüqar Qobulu xəstəxanaya yerləşdirilib.

Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, meyxanaçının səhhətində qəfil problem yaranıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır.

Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, V. Qobulunun müalicəsi davam etdirilir.

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, ötən gün saat 20:00 radələrində 1972-ci il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi: “Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım”.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar