Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Qəzetlər də bahalaşdı

Baxılıb: 9317     Tarix: 06-01-2026 12:54   

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb.

Qanunvehedef.az “Trend”ə istinadən xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.

Belə ki, hazırda “525-ci qəzet”i 60 qəpik artımla 1 manata, “Bakı Xəbər” 20 qəpik artımla 60 qəpiyə, “Novoye Vremya” 10 qəpik artımla 70 qəpiyə, “Səs” 40 qəpik artımla 1 manata satılır. 60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.

MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}