Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Əməkdar artistdən kövrək ETİRAF: "Başım ailəmə qarışdı, məşhurlaşa bilmədim" - FOTO

Baxılıb: 558     Tarix: 18-10-2018 13:09   

Əməkdar artist Sahibə Əhmədovanın milli.Az-a müsahibəsi.
- Sahibə xanım, o vaxt qız övladının sənətə gəlməsini birmənalı qarşılamırdılar. Bu baxımdan sizin evdə vəziyyət necə idi?
- Bizim evdə də heç kəs sənətə gəlməyimə razı deyildi. Qorxudan mən evdə məşq edəndə geyim dolabını açıb, səsimi onun içində boğurdum ki, qonşulara gedib çıxmasın. Kənddə məhsul bayramında oxuyanda tarzən, xalq artisti Ceyran Haşımova məni görüb bəyənmişdi.
- Peşəkar səhnəyə ilk çıxışınızı necə xatırlayırsınız?
- Mənim səhnədə debütüm "Şah İsmayıl" operasında Ərəbzəngi obrazı olub. Opera və Balet teatrına gəlməyənə qədər bu obraz mənə tanış deyildi. Amma orta məktəbdə oxuyarkən müəllimlərim mənə Ərəbzəngi deyə müraciət edirdilər. Ərəbzəngi cəngavər, igid bir qadın idi.
- Bəs xaraktercə necə, bu obraz sizə yaxın idi?
- Bəli, Ərəbzəngi, demək olar ki, elə mənim üstümə biçilən bir obraz idi. Mən Asəf Zeynallıya sənəd verərkən imtahanda bir çox dahi sənətkarlarımız oturmuşdular. O anda tarzən Bəhram Mansurov onlara dedi ki, mən bir Ərəbzəngi tapmışam. 6 ay ərzində biz bu obrazı məşq etdik, 1976-cı ildə mən ilk dəfə Opera və Balet teatrının səhnəsində həmin rolu oynadım. Bu obraz mənim həyatda sevimli roluma çevrildi.
- Səhv etmirəmsə, sizdən öncə bu obrazı Gülxar Həsənova ifa edib. Hal-hazırda da teatrda Ərəbzəngi rolunu ifa edənlər var. Gənc Ərəbzəngiləri qısqanmırsınız?
- Bəli, bu obrazı məndən əvvəl Gülxar Həsənova və Rübabə Muradova oynayıb. Rübabə xanımın səsində bir az incəlik var idi, amma Gülxar xanımda daha yaxşı alınırdı. O ki qaldı gəncləri qısqanmağıma... Xeyr, niyə qısqanım ki? Gənc oxuyanlara da müvəffəqiyyətlər diləyirəm. Nəticədə sənətkara qiyməti xalq verir.
- Opera teatrının solistinin digər estrada müğənnilərindən fərqi nədədir?
- Opera teatrında çalışan müğənninin böyük səs diapazonu olmalıdır. Bundan əlavə həm də aktrisalıq sənətindən anlayışın olmalıdır. Çünki sən həm obrazını oynayırsan, həm də obrazının dilindən oxuyursan.
- Opera müğənniləri digər müğənnilərdən həm də ona görə fərqlənir ki, tez-tez konsertlər verə bilmir, disk çıxara bilmirlər. Gəlin etiraf edək ki, siz də bir estrada müğənnisi kimi bir o qədər də məşhurlaşa bilmədiniz.
- Konsert vermək üçün xüsusi repertuarlar seçmək lazım idi, amma bizdə bu imkan yox idi. Çünki bütün günü səhnədə olurduq. Həm də ailəmə başım qarışdı deyə məşhurlaşa bilmədim. Düzdü, mənim də öz xüsusi tamaşaçılarım var, hər dəfə məni görəndə xoş sözlər deyirlər. Mən efirdə oxuyanda heç indiki müğənnilərin bir çoxu sənətdə yox idi.
- Unudulmaqdan qorxursunuz?
- Bəlkə də qorxuram. Niyə də qorxmayım? Ola bilər ki, gənc nəsil heç məni tanımır. Bunu özümə dərd etmirəm.
- Arzuladığınız, amma oynaya bilmədiyiniz obrazınız olub?
- Bəli, olub! Bunu deməyin daha mənası yoxdur. İstəsəm də o rolu oynaya bilmərəm.
- Hansı rol idi ki?
- Leyli obrazını oynamaq istəmişəm, amma alınmayıb. Buna baxmayaraq Leylinin və Məcnunun anasını oynamışam.
- Hal-hazırda teatrda çalışmırsınız. Sənət yoldaşlarınız gəlib sizə baş çəkir?
- Xeyr, heç biri qapımı açmır. Amma mən onlara həmişə yaxşı münasibət göstərmişəm. Onların xeyirindən, şərindən qalmamışam.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər