Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Göyçay Şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində 2025-ci ildən etibarən yeni fəaliyyət mərhələsi

Baxılıb: 10142     Tarix: 16-01-2026 16:27   
 
 Göyçay Şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində 2025-ci ilin sentyabr ayından etibarən fəaliyyətin təşkili və yaradıcılıq mühiti yeni   mərhələyə qədəm qoyub. Məktəbin direktoru Tahir Əmrahovun rəhbərliyi dövründə tədris və mədəniyyət sahəsində bir sıra əhəmiyyətli tədbirlər   həyata keçirilib.

 Sentyabr ayının 18-də Milli Musiqi Günü — dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının ildönümü münasibətilə məktəbdə geniş konsert   proqramı təşkil olunub. Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Namiq müəllim və Göyçay Rayon İcra Hakimiyyəti başçısının   müavini Zivər xanım iştirak ediblər. Konsertin sonunda fəal şagirdlərə təşəkkürnamələr təqdim olunub.

 Direktorun təşəbbüsü ilə müəllimlərin ifaçılıq bacarıqlarının nümayiş etdirilməsi məqsədilə “Musiqi saatı” adlı layihəyə start verilib. Layihə   çərçivəsində hər həftə müxtəlif musiqi proqramları təqdim olunur.

 Noyabr ayında Zəfər Bayramına həsr olunmuş konsert proqramı keçirilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər xanım   və Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib müəllim iştirak ediblər.

 Sentyabr ayından yanvar ayınadək dövlət əhəmiyyətli bayramlar, anım günləri və tarixi hadisələrlə bağlı silsilə tədbirlər təşkil olunub.

 Dekabr ayında məktəbin şagirdlərindən ibarət konsert proqramı ilə Asəf Zeynallı adına Musiqi Kollecində uğurlu çıxış həyata keçirilib. Dekabrın   22-də isə Sumqayıt Musiqi Kollecində Göyçay Şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin müəllim kollektivinin iştirakı ilə konsert   proqramı təqdim olunub.

 Dekabrın 24-də məktəbin təşkilatçılığı ilə Göyçay rayon Səməd Vurğun adına internat tipli gimnaziyada Yeni il münasibətilə bayram konserti   keçirilib. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov iştirak edərək uşaqları bayram münasibətilə təbrik edib.

 Bununla yanaşı, məktəbin fortepiano müəllimi Ülvi Vəzirovun solo konserti təşkil olunub, eləcə də “Muğam aləmi” adlı konsert proqramı   məktəbdə böyük maraqla qarşılanıb.
 Məqalənin sonunda qeyd edək ki, 2026-ci ilin aprel ayında Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi və Göyçay Şəhər Arif   Məmmədov adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə “Xalq Çalğı Alətləri İfaçılarının I Mərkəzi Aran Regional Müsabiqəsi”nin keçirilməsi   nəzərdə tutulur. Müsabiqə məktəbin direktoru Tahir Əmrahovun təşəbbüsü ilə reallaşdırılır. Qeyd olunub ki, bu müsabiqə ilk dəfə olaraq Mərkəzi   Aran regionunda təşkil ediləcək və əsas məqsəd xalq çalğı alətləri üzrə gənc ifaçıların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf   etdirilməsi və milli musiqi irsinin təbliğidir.


Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar