Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Alya” təkcə serialda yox, həyatlarında da olacaq...

Baxılıb: 9111     Tarix: 22-01-2026 11:38   

Türkiyədə 2025-ci ildə qız uşaqlarına qoyulan ən populyar ad “Alya” olub.

Qanunvehedef.az “Kelebek”-ə  istinadən xəbər verir ki, bu adın məşhurlaşmasında hazırda “Kanal D”nin çox izlənilən serialı “Uzak şehir”in mühüm rolu var.

Belə ki, serialın baş qəhrəmanı olan və aktrisa Sinem Ünsal tərəfindən canlandırılan Alya obrazı o qədər çox sevilib ki, ailələr yeni doğulan körpələrinə bu adı veriblər.

Ötən ildə doğulan 432 666 qızdan 8953-nə “Alya” adı verilib.

Qeyd edək ki, “Uzak şehir” 2024-cü ilin 11 noyabr tarixindən etibarən yayımlanır. Hazırda ekran işinin 2-ci mövsümü yayımlanmaqdadır. Serialın baş rollarından birini də Ozan Akbaba (Cihan) canlandırır.



Qanunvehedef.az

 





Ən çox oxunanlar
{sape_links}{sape_article}