Xəbər lenti
27/11/2026 [12:46]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Model kimi qızları gətirirlər efirə, əlinə kağız verirlər ki..."- Xəyalədən sərt sözlər

Baxılıb: 626     Tarix: 19-10-2018 12:23   

Aparıcı-aktrisa Xəyalə Quliyeva işsizlikdən gileylənib.
Qanunvehedef.az axşam.az-a istinadən bildirir ki, o, "Ən yaxşısı" proqramında telekanallardan gileylənib. Xəyalə bildirib ki, heç bir kanal onu aparıcı kimi dəvət etmir:
"14 ildir fasiləsiz efirdəyəm. Veriliş aparır, serialda çəkilirəm. Neçə ildir verilişim yoxdur. Niyə? Mənim təcrübəm, söz ehtriyatım yoxdur? Heç bir şirkət dəvət etmir ki, gəl aparıcılıq elə. Model görünüşündə qızları gətirirlər efirə, əlinə bir kağız verirlər ki, çıx oxu. Niyə? Aparıcılara baxırsan əlindəki kağızdan oxuyur. Gələn qonağa dediyi "Çox gözəlsən" sözünü belə kağızdan baxıb deyirlər".
Xəyalə daha sonra "İndi xınalara gedirəm. Verilişim yoxdursa, niyə getməyim?" sözlərini deyib.
Qeyd edək ki, Xəyalə "Çəkiram haa" verilişi ilə tanınıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar