Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Yeraltı”ndan Baxçalıya mesaj göndərdi

Baxılıb: 8111     Tarix: 20-02-2026 09:38   

NOW TV-də yayımlanan “Yeraltı” serialının son bölümündə səsləndirilən sözlər Türkiyədə gündəm olub.

Qanunvehedef.az xəbər verir ki, serialda “Bozo” obrazını canlandıran Uraz Kaygılaroğlu ekran vasitəsilə verdiyi mesajla diqqət çəkib.

“Ümidimi tamamilə itirmişdim. Gördüm, gördüm, bir Dövlət var. Gizli, dərin bir Dövlət var”, - aktyor obrazın dili ilə deyib.

Səhnə qısa müddətdə sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.

İzləyicilər bunu “televiziya tarixinə düşəcək an” kimi qiymətləndiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl MHP lideri Dövlət Baxçalı “Yeraltı” serialının baş rol ifaçısı Uraz Kaygılaroğluna zəng edərək, layihənin türk gəncliyini pis vərdişlərdən uzaq tutmağa yönəlmiş xəttini yüksək qiymətləndirdiyini bildirmiş, yaradıcı heyətə təşəkkür etmişdi.

Xatırladaq ki, yeni yayımlanmağa başlayan və Uraz Kaygılaroğlu, Deniz Can Aktaş, Devrim Özkan və Burak Sevinç kimi tanınmış aktyorların yer aldığı serial reytinqləri alt-üst edib. U.Kaygılaroğlu layihədə Bozkurt (Bozo) obrazını canlandırır. Serialın ssenari müəllifi isə “Kurtlar vadisi” serialının “Polad Alemdar”ı Necati Şaşmazın qardaşı Raci Şaşmazdır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar