Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Səidə ilə Tolik arasında qalmaqal

Baxılıb: 829     Tarix: 23-02-2026 11:17   

Müğənni Səidə Sultanla aparıcı Tarix Əliyev (Tolik) arasında qalmaqal yaşanıb.

Qanunvehedef.az xəbər verir ki, hadisə “TikTok”da canlı yayım zamanı baş verib.

Belə ki, Xalq artisti Brilliant Dadaşovanın da iştirak etdiyi canlı yayımda efirlərdəki problemlər müzakirə olunub. Bu zaman Səidə Sultanla Tolik arasında dava düşüb. Onların bir-biriləri haqqında səsləndirdikləri xoşagəlməz ifadələr gərginliyi daha da artırıb.

Bundan sonra hər iki tanınmış şəxs instaqram hesablarında paylaşım edərək digər tərəf haqqında mənfi fikirlər səsləndirib. Tolik öz paylaşımında Səidəni narkotik istifadəçisi olmaqda ittiham edib. Müğənni isə buna cavab olaraq paylaşdığı videoda bildirib ki, o, səhhətindəki problemlərə görə bir neçə gün öncə klinikalardan birində müalicə alıb və qollarındakı izlər də bu səbəbdən yaranıb.

Qeyd edək ki, müğənni Səidə Sultan bir neçə gün öncə instaqram hesabında video paylaşaraq bir ildir efirə çıxmamasının səbəbini açıqlayıb. O, hazırkı efir məkanında etik normaların itdiyini vurğulayaraq, verilişlərdə yaşanan qalmaqalların təbliğini pisləyib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar