Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Məşhur türkiyəli aktrisa “Teşkilat”dan ayrılmasının səbəbini ilk dəfə açıqladı

Baxılıb: 837     Tarix: 24-02-2026 09:38   

Məşhur türkiyəli aktrisa Deniz Baysal “Teşkilat” serialından ayrılmasının öz istəyi ilə olmadığını, ssenariyə edilmiş qəfil dəyişiklik nəticəsində baş verdiyini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, o bu barədə İbrahim Səlimin proqramına qonaq olarkən danışıb.

“Mənim üçün qəfil oldu, hekayəyə görə uzaqlaşdırıldım”, – deyə aktrisa “Teşkilat” serialının dördüncü mövsümündən çıxarılma səbəbini izah edib.

İlk üç mövsümdə baş rol oynamış Deniz Baysal ayrılma prosesinin təxminən 1,5 il boyunca emosional boşluq yaratdığını bildirib:

“1,5 il o boşluğu hiss edirəm. Üç mövsüm ardıcıl bir layihədə idiniz, sonra son anda çıxarıldınız. Bu, mənim üçün qəfil oldu və hekayəyə görə uzaqlaşdırıldım. Özümü buna hazırlamamışdım”, - deyə aktrisa əlavə edib.

Qeyd edək ki, D.Baysal hazırda TRT1-də yayımlanan “Taşacak Bu Deniz” serialında Esme obrazını canlandırır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar