Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Onları 15 ildən sonra yenidən eyni filmdə izləyəcəyik

Baxılıb: 7411     Tarix: 11-03-2026 09:47   

Türkiyə və dünya kinosu tarixində dərin iz buraxan “Muhteşem Yüzyıl” serialının baş qəhrəmanlarını canlandıran Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra yenidən eyni filmdə rol alacaqlar.

Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar “İmroz’da Bahar” adlı bədii film üçün kamera qarşısına keçməyə hazırlaşırlar.

Filmdə adada yolları kəsişən iki fərqli həyat hekayəsindən danışılır. Həyatlarında “ikinci bahar” ehtimalı ilə qarşılaşan iki obraz üzərindən “İmrozun baharında sevgi yenidən mümkündürmü?” sualına cavab axtarılır.

Layihə baş rolları paylaşan H.Ergenç və M.Uzerli üçün də karyeralarında önəmli bir iş kimi diqqət çəkir. Hər iki aktyorun illər sonra eyni kino layihəsində yenidən bir araya gəlməsi filmi sadəcə bir ekran işi olmaqdan çıxarıb bir görüşə çevirir.

Serialın çəkilişlərinə yaxın vaxtlarda başlanılacaq və güclü aktyor heyəti yer alacaq.

Xatırladaq ki, “Muhteşem Yüzyıl” serialı 2011-2014-cü illərdə ekranlaşdırılıb. 139 bölümlük layihədə Halit Ergenç Sultan Süleyman, Meryem Uzerli isə Hürrem Sultan obrazlarına həyat verib.


Qanunvehedef.az





{sape_links}{sape_article}