Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyədə Məşhurlar saxlanıldı

Baxılıb: 7311     Tarix: 25-03-2026 09:46   

Məşhurlara yönəlmiş “narkotik” istintaqında yeni dalğa çərçivəsində “Beşiktaş”ın keçmiş prezidenti Fikret Orman, “Galatasaray”ın keçmiş prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didem Soydan və Güzide Duran saxlanılıb.

Qanuunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində aktrisa Hande Erçel haqqında da saxlanılma qərarının olduğu bildirilib. Erçelin hazırda xaricdə olduğu qeyd edilir.

Məlumata görə, Fikret Orman və Güzide Duran birlikdə, iş adamı Kerim Sabancı isə xaricdən qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, narkotik istintaqına cəlb olunan bir çox tanınmış şəxs nüfuzlarının zədələndiyini və günahsızlıq prezumpsiyasının ictimaiyyət qarşısında pozulduğunu bildirir.


Qanuunvehedef.az





{sape_links}{sape_article}