Xəbər lenti
27/11/2026 [12:46]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bakı metrosunda problem yarandı - Qatarlar gecikdi

Baxılıb: 920     Tarix: 23-10-2018 11:20   
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"Report" xəbər verir ki, Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar 12 dəqiqə gecikib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a faktı təsdiq edib: "Neftçilər" stansiyasının dalanından xəttə çıxmalı olan 38 saylı qatarda problem yaranıb. Həmin qatar, təxminən, 5 dəqiqə yubanıb. Nəticədə "28 May" stansiyası və sonrakı stansiyalarda bu rəqəm intervalla birlikdə 11-12 dəqiqəyə çatıb".
Metropoliten sözçüsü həmin marşrut üzrə hərəkət edən digər qatarın "Nizami" stansiyasında bir neçə dəqiqə yubanmasına da aydınlıq gətirib: "Qaydalara görə, əgər qatar stansiyaya tez çatarsa dispetçerin göstərişi ilə o bir neçə dəqiqə gözlədilə bilər. Bu, tuneldə digər qatarların hərəkəti üçündür".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar