Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Levent Yüksel “Bayatılar”ı Eldar Mansurovun qarşısında ifa etdi

Baxılıb: 7524     Tarix: 02-04-2026 12:45   

Türkiyənin məşhur sənətçisi Levent Yüksel İstanbulda Eldar Mansurovun qarşısında onun bəstəsini ifa edib.

Qanunvehedef.az xəbər verir ki, bu anlar ötən gün İstanbulda yerləşən Atatürk Kültür Mərkəzində (AKM) Xalq artisti, bəstəkar Eldar Mansurovun simfonik yaradıcılığına həsr olunmuş konsert zamanı baş verib.

Bəstəkarın müəllifi olduğu “Simfonik qravürlər” layihəsi çərçivəsində baş tutan konsertdə dünyaşöhrətli tenor Yusif Eyvazov, soprano Hale Soner, eləcə də Levent Yüksel çıxış edib.

Konsertin ən yaddaqalan məqamlarından biri bəstəkarın dünya miqyasında tanınan əsərinin - “Bayatılar”ın səsləndirilməsi olub. Türkiyədə “Zalim” adı ilə məşhurlaşan bu əsər Levent Yükselin ifasında səslənərkən tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Konsertin sonunda Eldar Mansurov səhnəyə çıxaraq tədbirə qatılan tamaşaçılara təşəkkürünü bildirib.

Həmin görüntüləri təqdim edirik:



Qanunvehedef.az




{sape_links}{sape_article}