Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə millisinə yeni himn bəstələyəcək

Baxılıb: 7512     Tarix: 03-04-2026 09:32   

Məşhur türkiyəli müğənni Sinan Akçıl Türkiyə milli komandası üçün himn bəstələyəcəyini açıqlayıb.

Qanunvehedef.az xəbər verir ki, o, sosial media hesabında paylaşdığı məlumatlarla yeni layihənin detallarını açıqlayıb.

Müğənni federasiya prezidenti ilə görüşdüyünü və milli komanda üçün xüsusi himn üzərində işlədiyini bildirib. Məşhur musiqiçinin Rivadakı Türkiyə Futbol Federasiyasının obyektlərini ziyarət edəcəyi açıqlaması isə layihənin rəsmi çərçivədə irəlilədiyinə işarə edib.

İzləyicilər Akçılın əvvəllər hit mahnılar bəstələdiyini xatırladaraq, yeni himnin üslubu haqqında fərziyyələr yürütməyə başlayıblar. Sənətçinin paylaşımı tezliklə trend olub və futbol azarkeşləri yeni himnin turnirlər zamanı istifadə olunub-olunmayacağını müzakirə etməyə başlayıb.

Layihə ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}