Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Rəqsanə körpələr evinin müdirinə əsəbləşdi: "Basıb gözünü çıxarmaq lazımdır"

Baxılıb: 702     Tarix: 02-05-2018 16:34   
 Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun ötən gün qalmaqal yaradan video paylaşmışdı.
Sonxeber.az xəbər verir ki, Aysun şəxsi "İnstagram" səhifəsində uşaq evinə gələn ərzaqların və uşaq bezlərinin baş həkim tərəfindən öz evinə aparılmasının yer aldığı videolar paylaşıb.
Rəqsanə qızına dəstək olaraq bunları deyib:
"Bir neçə gündür mətbuatda qızım Aysunun körpələr evi ilə bağlı çəkdiyi və paylaşdığı görüntülərdən danışılır. Övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Yetimin haqqı yeyilir, Azərbaycan gəncləri belə olmalıdır, haram yeyənlərin basıb gözünü çıxarmalıdırlar. O ki qaldı kiminsə övladımı məhkəmə ilə hədələməsinə, qızımın yanındayam. O insanlara demək istəyirəm ki, hələ o nə videodur... Haqsızlıqlarınızın yer aldığı nə videolar var əlimizdə. Dəfələrlə Dövlət Başçımız öz çıxışlarında deyib ki, vəzifəsindən sui istifadə edən, rüşvət yeyən, insanlara qarşı haqsızlıq edənləri aşkara çıxardıb, bildirin. Mənim övladım əsl azərbaycanlı gəncin atacağı addımı atıb. Cavab verin, niyə daşıyıb aparırsınız? Gec-tez burnunuzdan gələcək. Övladıma kimin sözü varsa, məni yığsın".
Qeyd edək ki, baş həkim Aysunu məhkəməyə verməklə hədələyib. шаблоны для dle 11.2



Ən çox oxunanlar