Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Serialdakı sevgi gerçək oldu

Baxılıb: 8116     Tarix: 17-04-2026 09:59   

Türkiyədə “Star TV” ekranlarında yayımlanan “Sevdiyim Sənsən” serialında birlikdə rol alan Aytaç Şaşmaz və Helin Kandemir barədə yeni iddia gündəmə gəlib.

Qanunvehedef.az xəbər verir ki, serialda sevgili obrazlarını canlandıran cütlüyün çəkiliş meydançasında başlayan dostluğu zamanla romantik münasibətə çevrilib.

Bildirilir ki, yeni başlayan münasibəti ictimaiyyətdən uzaq saxlamağa çalışan cütlük çəkilişlərdən kənarda birlikdə görünməməyə diqqət edir.

Helin Kandemirin daha əvvəl verdiyi müsahibələrdən birində Aytaç Şaşmaz haqqında “Çox gözəl bir ürəyi var” ifadəsini işlətməsi də sosial mediada yenidən gündəmə gəlib və tərəflər arasındakı yaxınlığın işarəsi kimi dəyərləndirilib.

Bundan əlavə, Helin Kandemirin Aytaç Şaşmazın qardaşının arvadını sosial mediada izləməyə başlaması da diqqət çəkib və bu detal münasibət iddialarını gücləndirən amillər arasında göstərilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}