Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bu buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Baxılıb: 7311     Tarix: 01-05-2026 14:16   

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni mexanizm ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur. Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, nəticələrin obyektivliyini artırmaq və müxtəlif məktəblər üzrə əldə olunan göstəricilərin müqayisəsini mümkün etməkdir.

Mərkəzləşdirilmiş imtahanlarda 8600-ə yaxın şagirdin iştirakı gözlənilir. Nəticələr yalnız buraxılış göstəricilərini müəyyənləşdirməklə məhdudlaşmayacaq, eyni zamanda tədrisin keyfiyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması üçün əsas rol oynayacaq.

İmtahanlar ixtisasların spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil ediləcək. Şagirdlərin həm nəzəri hazırlığı, həm də praktiki bacarıqları vahid və şəffaf qaydada yoxlanılacaq.

Tətbiq edilən bu yenilik incəsənət təhsilində keyfiyyət standartlarının yüksəldilməsinə, qiymətləndirmə sisteminin daha müasir və effektiv əsaslarla qurulmasına xidmət edir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}