Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Festivalın ilk günü göz oxşadılar - Fotolar

Baxılıb: 7317     Tarix: 13-05-2026 16:05   

Fransada dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan Kann Film Festivalı rəsmi olaraq başlayıb.

Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, 11 gün (12-23 may) davam edəcək festivalın açılış mərasimində məşhur simalar qırmızı xalçada dəbli görüntüləri ilə diqqət çəkiblər.

Gecənin ən çox danışılan obrazlarından biri Demi Mur olub. Aktrisa “Jacquemus” imzalı zərif geyimi ilə göz oxşayıb.

Mayka Monro isə “Ashi Studio” libası ilə qırmızı xalının seçilən adlarından olub.

Əfsanəvi britaniyalı aktrisa Joan Kollinz “Stéphane Rolland Haute Couture” seçimi ilə tədbirə xüsusi dəbdəbə qatıb.

Elayca Vud həyat yoldaşı Mette-Marie Konqsved ilə birlikdə fotoqrafların obyektivinə tuş gəlib.

Festivalın qonaqları arasında Ceyn Fonda da yer alıb. Hollivud ulduzu “Gucci” geyimi ilə zərif görünüşü ilə diqqət çəkib.

Model Haydi Klum isə “Elie Saab” libası ilə gecənin ən parlaq simalarından biri hesab olunub.

Bundan başqa, Ceyms Franko “Giorgio Armani” kostyumunda sevgilisi İzabel Pakzad ilə birlikdə qırmızı xalçada görüntülənib.

Rut Neqqa isə “Dior Haute Couture” geyimi ilə zövqlü seçimi ilə yadda qalıb.

Qeyd edək ki, bu il festivalda geyim qaydalarının sərtləşdirilməsi də müzakirə mövzusu olub. Yenilənmiş rəsmi qaydalara əsasən, açıq-saçıq geyimlər və həddindən artıq həcmli libaslar qadağan edilib. Festival rəhbərliyi bildirib ki, uzun quyruqlu və qonaqların hərəkətinə mane olan geyimlərə icazə verilməyəcək.

Bundan başqa, əvvəlki illərdə yüksək daban ayaqqabı məcburiyyətinə etiraz edən qadın iştirakçılarla gündəmə gələn festivalda bu dəfə qadınların düz ayaqqabı seçə biləcəyi də açıqlanıb.












Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}