Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Baxılıb: 7317     Tarix: 15-05-2026 13:25   

27-29 oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Qanunvehedef.az xəbər verir ki, forum Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub və bu il Forumun 15 illiyi qeyd olunur.

Bakı Prosesi və onun çərçivəsində keçirilən Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma kimi tanınır.

Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}