Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Subay qızları özündən çıxaran HALLAR

Baxılıb: 755     Tarix: 28-10-2018 14:50   
Yay ayıdır. Subayların ard-arda toy xəbərlərini eşidir, toy dəvətnamələrini alırıq. Sağ əlləri subayların başına. Ancaq sağ əl çəkməklə iş bitmir. Ətrafında hər gün yeni bir toy xəbəri eşidən subay qızların içi qan ağlayır sanki. Subay qızları özündən çıxaran halları təqdim edirik.
Subay qızlar "sənin üçün olsun, sağ əlim sənin başına" deyənlərdən bezib artıq. "Onsuz da öz dərdimiz özümüzə yetir, bir də siz başlamayın. Süni, məcburi gülüşlərə görə sonda üz iflici keçirəcəyik", - deyə düşünərlər.
Toyda sizinlə həzin musiqini oynayacaq yaraşıqlı bir bəy tapmamaq lap böyük bir dərddir.
Yay fəslində edə biləcəyiniz bir çox əyləncələr olduğu halda, sizi məcburən hər həftəsonu bir qohumunuzun, ya tanışınızın toyuna sürükləyirlər.
Toyda gördüyünüz bütün yaraşıqlı oğlanların hər birinin sevgilisinin olduğunu bilib məyus olmaq.
Dostlarınızın subay və sizinlə yaşıd dostları var, ancaq onlarla tanış deyilsiniz. Belə iş olmaz!
Toylarda dikdaban ayaqqabı ilə rəqs edib yallı getmək subay qızların öhdəsinə düşür.
Rəfiqəniz toy stressini sizdən çıxarır. Buna nə qədər dözsəniz də, sonda quru bir təşəkkürə layiq görülmürsünüz. Ancaq yenə də sizi öldürmədiyinə şükür edin, təşəkkür gözləməyin.
Geyinməyəcəyi halda həmin sezonun bütün gəlinlik modellərindən xəbərdar olmaq.
Evli dostlarınızın "Facebook" profillərinin toy şəkilləri ilə zəbt edilməsi bir dərddir.
Subaysansa, toy günü əsəbləşmə, heç bir problem çıxartma, ancaq gül. Yoxsa "qısqanır" deyəcəklər.
Yeni evlənən cütlüyün bal ayı hekayələrini "köks ötürərək" dinləmək.
Uzaqda yerləşən restorana toya gedərkən çox hazırlaşmanıza ehtiyac yoxdur. Onsuz da ora gedib çatanda evdəki görünüşünüzdən əsər-əlamət qalmır.
Nə etsəniz də, evli dostlarınız subay halınızla belə xoşbəxt olduğunuza inanmazlar.
Subaysınızsa, evli dostlarınız sizin hələ də subay qalmanızın səbəblərini axtarırlar. "Qismət" deyilən bir şeyi başa düşməzlər.
Gül tutma mərasimində həmişə öndə durub gülü tutmağa çalışmaq, döyüşçünün düşməni hədəfə almasına bənzəyir. Tuta bilmədikdə isə "bu ildə evdə qaldın" kəlmələrini eşitməyə məcbur olurlar.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər