Xəbər lenti
27/11/2026 [12:46]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“2,5 il diaqnoz qoyulmayan xəstəliklə mübarizə apardım”

Baxılıb: 8318     Tarix: 09-06-2026 13:35   

“Survivor Türkiyə” yarışmasında adaya vida edən son iştirakçı Murat Arkın olub.

Qanunvehedef.az xəbər verir ki, o, yarışdakı son açıqlamaları ilə diqqət çəkib.

Murat Arkın bildirib ki, atası, məşhur aktyor Cüneyt Arkın vəfat etdikdən sonra uzun müddət ciddi sağlamlıq problemləri ilə üzləşib.

“Xüsusilə atamı itirdikdən sonra 2,5 il diaqnoz qoyulmayan qəribə bir xəstəliklə mübarizə apardım. Məhz sağaldığım dövrdə “Survivor” təklifi gəldi. Əvvəl tərəddüd etdim, amma ailəmin dəstəyi ilə qəbul etdim”, - deyə o bildirib.

Arkın yarışmaya qatılmasının əsas səbəbinin özünü sınamaq olduğunu vurğulayıb.

“Buraya başqaları ilə yarışmağa deyil, özümlə mübarizə aparmağa gəlmişdim. Məqsədim özümə sübut etmək idi ki, ağır bir dövrdən keçmiş insan yenidən ayağa qalxa və böyük çətinliklərin öhdəsindən gələ bilər”, - o qeyd edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar