Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

DÇ finalında səhnəyə onlar çıxacaq

Baxılıb: 7615     Tarix: 11-06-2026 09:56   

2026-cı il FIFA Dünya Çempionatı finalının fasilə şousunda dünya musiqisinin üç böyük adı - Madonna, Şakira və BTS çıxış edəcək.

Qanunvehedef.az FIFA-ya istinadən xəbər verir ki, final matçı 19 iyulda ABŞ-nin Nyu-Cersi ştatında yerləşən “MetLife” stadionunda keçiriləcək və fasilə şousu xüsusi formatda təqdim olunacaq.

Fasilə şousunun kuratorluğu “Coldplay” qrupunun solisti Kris Martin tərəfindən həyata keçiriləcək. Bildirilir ki, bu format DÇ tarixində ilk dəfə tətbiq olunacaq xüsusi səhnə şousu olacaq.

Tədbirin həmçinin sosial məqsəd daşıdığı açıqlanıb. Şou vasitəsilə FIFA Qlobal Vətəndaşlıq Təhsili Fonduna dəstək göstəriləcək və məqsəd 100 milyon dollara yaxın vəsaitin toplanmasıdır. Artıq 30 milyon dollardan çox ianə toplandığı bildirilir.

Həmçinin qeyd olunur ki, satılan hər DÇ bileti üzrə 1 dollar sosial layihələrə yönləndiriləcək.

FIFA prezidenti Canni İnfantino bildirib ki, tədbir həm futbol, həm də musiqi baxımından qlobal miqyasda unikal bir şou olacaq, dünya üzrə uşaqlar üçün təhsil və idman imkanlarının genişləndirilməsinə töhfə verəcək.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}