Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”

Baxılıb: 9519     Tarix: 27-06-2026 11:27   

Türkiyədə “Yeşilçam”ın ulduzu Kadir İnanırın vəfatı sənət camiəsini yasa boğub.

Qanunvehedef.az xəbər verir ki, bir çox filmlərdə partnyoru olan Türkan Şoray Kadir İnanırla bağlı duyğusal paylaşım edib.

“Əzizim Kadir, günlərlə sənin sağlamlığınla bağlı ümidlə xəbər gözləyərkən, təəssüf ki, ürək parçalayan xəbər gəldi. İnanmaq istəmədim... Sən tək bir baxışa minlərlə məna sığışdıra bilən, ən gözəl gülən insan idin...

Film çəkilişləri zamanı çoxlu anlar paylaşdıq, çoxlu xatirələr topladıq. Kino tarixindəki işığın heç vaxt sönməyəcək. Kinomuz mövcud olduğu müddətcə sən həmişə var olacaqsan və “Al yazmalı”nın qəlbində...”, - aktrisa yazıb.

Qeyd edək ki, T.Şoray K.İnanırla “Selvi boylum, al yazmalım”, “Devlerin aşkı”, “Kara gözlüm”, “Dila hanım” və “Haki Bodrum” kimi bir çox layihələrdə baş rolu paylaşıblar.




Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}