Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Maykl Cekson haqqında filmdən rekord

Baxılıb: 9215     Tarix: 29-06-2026 12:10   

Əfsanəvi müğənni Maykl Ceksonun həyatından bəhs edən “Maykl” filmi dünya kinematoqrafiyası tarixində bioqrafik filmlər janrında kassa yığımlarına görə yeni rekord müəyyən edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Bildirilib ki, rejissor Antuan Fukunun bu il ekranlara çıxan filminin dünya üzrə ümumi yığımları artıq 977 milyon dolları keçib. Bununla da, film Kristofer Nolanın rejissoru olduğu və kinoprokatda 975 milyon dollar qazanmış “Oppenheimer” (2023) filminin müəyyənləşdirdiyi rekordu üstələyib.

Qeyd edək ki, aprel ayında ekranlara çıxan “Maykl” filmi ABŞ ərazisində 370,2 milyon dollar, onun hüdudlarından kənarda isə 607,2 milyon dollar yığıb. Bununla, ekran işi həm də “Lionsgate” kinostudiyasının ən çox kassa yığımı olan filminə çevrilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}