Xəbər lenti
14/10/2026 [14:52]
Hakan Fidan Bakıya gəlir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Türk Dünyası Həftəsi”ndə İsmailiyyə binası ilə tanışlıq oldu

Baxılıb: 8712     Tarix: 30-06-2026 10:47   

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə İsmailiyyə binası ilə tanışlıq olub.

Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, daha sonra ikinci günün açılış mərasimi keçiilib.

Açılışda çıxış edən AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu il Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində 26 ölkədən 300 nəfərdən çox qonaq iştirak edib.

Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci günündə çıxışı zamanı deyib ki, Türkiyə Elmlər Akademiyası olaraq Birinci Türkoloji Qurultaydakı müzakirələri miras kimi qorumaq əsas vəzifələrimizdəndir.

Onun sözlərinə görə, 1926-cı il qurultaylayın türx xalqları və dövlətləri arasındakı birləşdirici ruhu bu gün də hiss edilməkdədir.
“Bizim də borcumuzdur ki, bu ruhu, bu birliyi yaşadaq, qoruyaq”.

M. Şeker deyib ki, Türkiyə türkologiya elminin və tarixinin təbliği istiqamətində müvafiq addımlar atmaqdadır. Akademiya rəhbəri müasir dövrün dillə bağlı problemlərə də toxunub: “Dil canlı orqanizmdir, davamlı inkişafdadır. Bu mənada, heç kəsə sirr deyil ki, süni intellekt məsələsi bütün dillərə təsir edir, az qala, onları eyniləşdirir. Hesab edirəm ki, bu konteksdə türkoloqlar olaeaq müvafiq qabaqlayıcı tədbirlər görməliyik”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}