Xəbər lenti
27/11/2026 [12:46]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Atam kirayədə rəhmətə getdi" - Səfərova bacıları göz yaşlarına boğuldu

Baxılıb: 657     Tarix: 30-10-2018 15:34   

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonaqları müğənni Sevinc və Sevil Səfərova bacıları olub.
Bacılardan Sevil Səfərova övlad kimi atasına olan borclarını ödəyə bilmədiklərini deyib:
"Təbii ki, hər valideyin istəyər ki, övladının xeyir işini görsün. Mənim atam nə bizim, nə qardaşımın toyunu, nə də nəvə gördü. Onun üçün heyifslənirəm. Biz Seva ilə ailə həyatı qursaydıq atam görərdi. Əvvələr mənə atam sağ olanda valideyininə görə ailə həyatı qur deyiləndə başa düşmürdüm. Amma bu gün zamanı geri qaytara bilsəydim, sevmədiyim adamla da ailə həyatı qurmağa razı olardım. Təki ailəm mənim xeyir işimi görə bilsin.
Bu gün atamın gözü arxada qalıb. Mən hər gecə ağlayıram. Çünki ev təmirində atam hər gün deyirdi ki, mən ayın 5-i öz evimə köçəcəm. Ayın 4-ü rəhmətə getdi. Ayın 5-i də biz atamı basdırdıq. O, valideyin kimi öz borcunu yerinə yetirdi, amma biz övlad kimi borcumuzu yerinə yetirə bilmədik. Çünki mənim atam kirayədə rəhmətə getdi".





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar