Xəbər lenti
27/11/2026 [12:46]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əməkdar artist qaydaları kobudcasına pozdu - Video

Baxılıb: 8714     Tarix: 10-08-2026 11:57   

Əməkdar artist Aqşin Abdullayev yol hərəkəti qaydalarını kobudcasına pozub.

Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, qayda pozuntusuna aid görüntüləri sənətçi özü sosial şəbəkə hesabında paylaşıb.

Məlum olub ki, A.Abdullayev 90-RX-200 dövlət qeydiyyat nişanlı “Cadillac” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb. O, avtomobili tərk edərək yolun ortasında mahnı oxumağa başlayıb. Bu zaman hər hansı təhlükəsizlik tədbiri, xəbərdarlıqedici nişan qoyulmayıb.

Nəticədə, yoldan keçən digər avtomobillər oradan çətinliklə keçiblər və qəza riski yaranıb.

Qeyd edək ki, yollarda bu kimi çəkilişlər zamanı müvafiq qurumların əvvəlcədən məlumatlandırılması və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mütləqdir.

Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar