Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dağılan "Bozbash pictures"in üzvləri nə işlə məşğuldular?

Baxılıb: 988     Tarix: 02-11-2018 14:31   

Aparıcı-aktyor İlkin Həsəni bir müddət əvvəl "Bozbash pictures" komandasının dağılması haqda açıqlama verib.
Komandanın üzvləri birlikdə eyni layihədə yer almasalar da, ayrı-ayrılıqda fəaliyyətlərini davam etdirirlər.
"Bozbash pictures"in üzvləri indi nə işlə məşğuldular?
Ekran işində Ağsaqqal obrazı ilə tanınan Azər Baxşəliyev "Bozbash pictures"dən hələ layihə bitməmiş ayrılmışdı. Azər daha sonra "M group" prodakşında fəaliyyətə başlayıb. Hazırda isə o, verilişlərdə redaktor kimi çalışır.
Fəlakət obrazı ilə sevilən Elşən Orucov isə tək fəaliyyət göstərir. O, hazırda yeni çəkildiyi filminin qalasına hazırlaşır.
Layihənin Şöşüsü Ramil Babayev isə aparıcı kimi tamaşaçıların görüşünə gələcək. O, ATV telekanalında yayımlanacaq proqramın hazırlıqlarına artıq başlayıb. Həftədə bir dəfə efirə gedəcək veriliş yaxın günlərdə yayıma başlayacaq.
"Bozbash pictures"in Qılman Hocası İlkin Misgərli "Buğlama şou" ilə efirə qayıdacaq.
"Buğlama şou"nun isə digər siması Şirin obrazı ilə tanınan Nicat Rəhimovdur.
Şəmi obrazının ifaçısı İlkin Həsəni isə "İLK media" adlı prodakşın işlədir. Eyni zamanda bu yaxınlarda restoran biznesinə başlayıb.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar