Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanlı aktyor Hacıbaba Bağırovla bağlı SİRRi illər sonra açdı: "Mənə dedi ki..." - FOTO

Baxılıb: 520     Tarix: 04-11-2018 13:25   
Qanunvehedef.az əməkdar artist Çingiz Əhmədovun milli.Az-a müsahibəsini təqdim edir.
- Çingiz bəy, yaradıcılığınızda hind incəsənəti xüsusi yer tutur. Hindistana bu qədər sevgi sizdə hardandır?
- Biz uşaqlıqdan hind filmləri ilə böyümüşük. Hind aktyorlarını, xüsusilə Hindistanı çox sevirəm. Hətta o vaxt 5 illik müqavilə ilə məni Hindistana dəvət etmişdilər. İstəyirdilər ki, məni orada filmə çəksinlər. Amma anam bu təklifə etiraz etdi. Buna heç heyfslənmirəm də, çünki Hindistanın Ci Mi-si varsa, Azərbaycanın da Çinası var (gülür).
- Siz həm də Rəhman Rəhmanovla uzun müddət tərəf müqabili olmusunuz. Bu cütlüyü kim yaratmışdı?
- Bu cütlüyü bizim dəyərli rejissorumuz Maarif Məmmədov yaratmışdı. Biz Rəhmanla 40 ilə yaxın bir yerdə çalışdıq. Bizim səhnəciklərimiz tamaşaçılar tərəfindən çox maraqla qarşılanırdı.
- Keçmişə baxarkən kədərli günlərinizin daha çox olduğunu deyə bilərsiniz, yoxsa sevincli?
- Aktyorun qəlbi həmişə kövrəkdir. O, kiçik şeylərlə xoşbəxt olmağı bacarır. Tamaşaçının diqqəti, alqışı, sevgisi, təbii ki, bizi sevindirir.
- Teatra yeni gələn gənclərə dəstək olursunuz?
- Bəli, onlara çox dəstək oluram. Mənə teatrda "əmi" deyə müraciət edirlər. Bəzən gəlib məsləhət də alırlar.
- Gəncləri qısqanırsınız?
- Xeyr, əksinə onlara sənətdə düzgün yol göstərirəm.
- Bəs nə vaxtsa sizi qısqanıblar?
- Bəli, teatra gələndə qısqanc münasibət çox görmüşəm. Mən o vaxt tez bir zamanda populyarlıq qazanıb, bir çox televiziya verilişlərinə çəkildim. Bir xalq artisti demişdi ki, o, çəkilən yerdə mən çəkilmirəm.
- Həmin insanla barışdınız?
- Bəli, böyük barışıq oldu. O vaxt teatrımızın rəhbərliyi dəyişmişdi. Musiqili teatrdan bir müddət ayrılıb Hüseynağa Atakişiyevin Gənclər Teatrına getdim. Yaradıcılığımda boşluq olmasın deyə "Yeriniz məlum" adlı bir veriliş yaratdım. Bir gün Hacıbaba Bağırovu verilişə dəvət etdim, dedilər ki, aktyor verilişə gəlmək istəmir. Hacıbaba Bağırova zəng etdim, dedi ki, o şərtlə verilişə gələrəm ki, sən teatra qayıt. Dedi ki, sən teatra qayıtsan, mən bilərəm ki, teatrda məndən sonra aktyor var, təlxək yox. Onun bu sözündən sonra mən yenidən teatra qayıtdım.
- Oğlunuz da bu sahədədir. Ona dəstək olursunuz?
- İbrahim Rus Dram Teatrında işləyir. Bundan başqa həm rep deyir, həm də seriallarda çəkilir. Ədalət müəllimdən mən xahiş etdim ki, onu teatra işə qəbul etsin. Bir çox tamaşalarda obrazlar oynayır. Oğlumun üzünü evdə görmürük.
- Siz həm də improvizə aktyorusunuz. Səhnədə improvizə edərkən tərəf müqabillərinizi çətinə salmırsınız ki?
- İmprovizəni çox sevirəm, bu aktyorun tamaşaçı ilə ünsiyyətidir. Mən Əliağa Ağayev, Nəsibə Zeynalova, Eldəniz Zeynalov məktəbini görmüşəm. Tərəf müqabillərim hər yeni tamaşa vaxtı məndən nəsə yeni bir şey gözləyirlər.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər