Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Si-Tramp-Putin görüşünün nəticəsi... - Çindən maraqlı şərhlər

Baxılıb: 930     Tarix: 24-11-2026 15:24   

Noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ABŞ, Rusiya və Çin prezidentlərinin bir saat yarım davam edən görüşü BMT-də islahat, enerji təchizatının sabitləşdirilməsi və nüvə risklərinin azaldılmasına yönəlmiş dialoqun başlanması üzrə əməkdaşlığı əhatə edən "Sülh haqda Bəyannamə”nin qəbul edilməsi ilə başa çatdı. Amma Ukrayna münaqişəsindən birbaşa bəhs edilmədi.

Qanunvehedef.az xəbər verir ki, görüşlə bağlı çinli ekspertlərin açıqlamaları diqqət çəkir.

Avrasiya Qrupu analitik mərkəzinin eksperti, politoloq Vanq Dan hesab edir ki, görüş Çin üçün diplomatik qələbə idi və bu, Rusiyaya beynəlxalq arenada mövqeyini gücləndirmək imkanı verdi.

Şanxaydakı Fudan Universitetinin professoru Vu Sinbo düşünür ki, sammit Rusiya və Çinin maraqlarının beynəlxalq arenada nəzərə alınmağa başladığını göstərdi. Çinin Renmin Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Vanq İvey sammiti çoxtərəfli əməkdaşlığı genişləndirmək üçün yaxşı fürsət sayır.

Lakin amerikalı diplomat və ABŞ-ın Polşadakı keçmiş səfiri Daniel Frid sammiti əldən verilmiş fürsət kimi dəyərləndirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar