Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mahnı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Baxılıb: 507     Tarix: 07-11-2018 18:56   

Noyabrın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyinə həsr olunan Tofiq Quliyev adına I “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Kult.az xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söhbət açıb. Müsabiqənin ötən ilin dekabrın 8-də elan edildiyini bildirən F.Əlizadə əsas məqsədin unudulmaz bəstəkar Tofiq Quliyevin yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi, mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıları aşkar etmək olduğunu qeyd edib. Onun sözlərinə görə, müsabiqənin seçim turuna ümumilikdə 57 peşəkar və həvəskar bəstəkar tərəfindən 87 mahnı təqdim edilib. Şərtlərə görə müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilib. Mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllar və ya estrada orkestri üçün nəzərdə tutulub. Bu ilin mart, aprel aylarında müsabiqənin seçim turları keçirilib, oktyabrın 22-də isə qaliblər müəyyənləşib.
Qeyd edilib ki, müsabiqəyə təqdim olunan əsərlər Xalq artisti Firəngiz Əlizadənin rəhbərlik etdiyi əfsanəvi “Qaya” İnstrumental Vokal ansamblının rəhbəri Xalq srtisti Rauf Babayev, əməkdar artistlər Gövhər Həsənzadə və Vüqar Camalzadədən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sonra qaliblər diplomlarla mükafatlandırılıblar. Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq tanınmış bəstəkarlar Rəna Qədimova, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və İlahə İsrafilova layiq görülüb. Bəstəkarlar İttifaqının üzvləri Zabitə Məmmədova, Yalçın Məlikov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Lalə Əhmədovaya isə həvəsləndirici mükafatlar təqdim edilib.
Qeyd edək ki, sözügedən müsabiqə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının dəstəyi ilə reallaşıb.
Tofiq Quliyev adına I “Estrada mahnısı” müsabiqəsinin qaliblərinin qala-konserti bu gün saat 19.00-da Heydər Əliyev Sarayında olacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər