Professordan ŞAD Xəbər: "Karantin rejimi uzun müddət davam edə bilməz"
Baxılıb: 944 Tarix: 04-05-2020 12:25
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan MR-də SMS icazə ləğv edilib.
Qərara əsasən Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 31-dək uzadılıb.
Mütəxəssislər həmin dövrədək insanların sağlamlığının müəyyən tempdə saxlamaları üçün müxtəlif versiyalar, təkliflər səsləndirirlər. Məsələn, maska və əlcəkdən hələ də davamlı şəkildə istifadə və digər məsələlər öz aktuallığını qoruyur. Belə bir təkliflərdən birini də professor, tibb üzrə ekspert Adil Qeybulla verib.
Qanunvehedef.az xəbər verir ki, professor öz fikirlərini sosial şəbəkədə yazaraq, bir müddət əvvəl infeksionist əvəzinə cərrahın danışması kimi tənqidi fikirlərə münasibət göstərib:
"Bəzi kalsinatlaşmış düşüncə sahibləri niyə virusoloqların və infeksionistlərin əvəzinə cərrahların danışmasına irad tutmağa da başladılar. Həmin adamlara bəyan etmək istəyirəm. Sizlər icazə gözləyəndə, danışmağa qorxanda, qorxaq gözləriniz dirijor çübuğunun trayektoriyasını izləyəndə biz millətin və dövlətin mənafeyi naminə mövqeyimizi ortaya qoya bilirik. Burada əsla bilikdən söhbət getmir. Söhbət fədakarlıqdan və vətəndaş mövqeyindən gedir. Aramızdakı prinsipal fərq də bundadır. Danışın, kimdir sizin ağzınızı qapayan? Təşəbbüskar olun, onsuz da TV-lər, media alternativ fikir axtarışındadır".
Professor hazırda davam edən karantin rejiminin uzun müdət davam etməyəcəyini bildirib:
"Əziz dostlar, karantin rejimi uzun müddət davam edə bilməz. Biz sosial həyatın ayrı-ayrı sahələrini dondura bilmərik. İnsanlar işləməlidir, yaşamalıdır, özlərini reallaşdırmalıdır. Ona görə də karantin rejimi tədricən yumşaldılma istiqamətində davam edir. Amma karantin davranışları sərt olmalıdır. Hava-damcı yolu ilə infeksiyaların yayılmasının əsas yolu kütləvi miqrasiya, sosial sıxlıq, təmaslar və antisanitariyadır. Qorunma yolu isə sosial izolyasiya və sanitar qaydaların gözlənilməsidir. Ya da biz gözləməliyik ki, infeksiya hər il koronavirusun əvvəlki ştamplarında olduğu kimi özbaşına tüğyan etsin, ölən ölsün, sağalan sağalsın, kollektiv immunitet yaransın, artıq özünə yaşamağa müdafiəsiz canlı insan hüceyrəsi tapmayan virus tədricən sıradan çıxsın. İndiki halda bu, böyük tələfatla müşayiət oluna bilər!"
Adil Qeybulla həmçinin virusla mübarizədə yeni şarf formasının icad olunmasını təklif edib:
"Təklif edirəm ki, ağız və burnu örtən, ağız-burun aerozolunun havaya atılmasının qarşısını alan yeni bir şarf forması təklif eidlsin, icad edilsin. Əslində bütün geyim formaları tələbatdan doğulub, icad olunub. Həmin şarf elə hazırlanmalıdır ki, onun ağız-burnu örtən hissəsinin iç tərəfində xüsusi cibi olsun. Oraya nanotexnologiyanın köməyi ilə hazırlanmış xüsusi filtrlər qoyula bilər. Hər halda modifiasiyalarınızı bildirə bilərsiniz. Yəqin ki, belə bir şarf və ya geyim forması icad olunmasına ehtiyac duyulacaq. ÜST gələcəkdə respirator virus infeksiyalarından qorunmaq üçün tərtib etdiyi alqotirmə bu formanı da sala bilər".
Ən çox oxunanlar
Son xəbərlər