Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rəşad Şolan da orqanlarını bağışladı

Baxılıb: 9114     Tarix: 16-12-2025 14:45   

anınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib.

R. Şolan bu addımın ölkədə orqan donorluğu mədəniyyətinin formalaşdırılması və transplantasiya sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını qeyd edib. Artıq bununla bağlı Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ərizə ilə müraciət edilib.

Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru Barat Yusubov da ölümündən sonra orqanlarını bağışladığını elan etmişdi.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar