Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ötən il 46 nəfər zəhərlənmədən ölüb

Baxılıb: 839     Tarix: 07-01-2026 10:11   

Ötən il ərzində zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 1188 nəfər qəbul edilib.

Bu barədə “Qafqazinfo”ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 1142 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərin 495 nəfəri dərman preparatlarından, 1 nəfəri siçan dərmanından (rodentisid), 1 nəfəri həşərat dərmanından, 352 nəfəri sirkə turşusundan, 8 nəfəri həlledici məhlullardan, 12 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri kimyəvi məhlullardan, 65 nəfəri allergik reaksiyalardan, 40 nəfəri fosfor üzvi birləşmələrindən, 18 nəfəri anafilaktik şokdan, 13 nəfəri tüstüdən, 66 nəfəri dəm qazından, 78 nəfəri ilan sancmasından, 1 nəfəri neft məhlulundan, 5 nəfəri yabani bitkilərdən, 6 nəfəri həşərat dişləməsindən, 22 nəfəri spirtli içkilərdən,4 nəfəri isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 46 nəfərin (32 kişi və 14 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar