Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Gəncə və Tovuzda ödənişsiz Hepatit müayinələri keçiriləcək

Baxılıb: 9110     Tarix: 22-01-2026 11:47   

Gəncə və Tovuzda Hepatit B və C viruslarının vaxtında aşkarlanması məqsədilə ödənişsiz skrininq aksiyası təşkil olunacaq.

Aksiya 26 yanvar tarixində Referans Gəncə Tibb Mərkəzində, 27 yanvar tarixində isə Referans Tovuz Tibb Mərkəzində baş tutacaq.

Mütəxəssislərin sözlərinə görə, Hepatit B və C virusları çox vaxt gizli şəkildə inkişaf edir və yalnız ağır nəticələr ortaya çıxdıqdan sonra özünü büruzə verir.

Xüsusilə diş müalicəsi almış, salon xidmətlərindən istifadə etmiş, cərrahi əməliyyat və ya ginekoloji prosedurlardan keçmiş şəxslərin skrininqdə iştirakı tövsiyə olunur.

Aksiya çərçivəsində paytaxtdan dəvət olunmuş peşəkar həkim heyəti tərəfindən əhalinin müayinəsi aparılacaq. Aksiya iştirakçıları Hepatit B və C viruslarına görə ödənişsiz testdən keçə biləcəklər.

Ünvanlar: Referans Gəncə Tibb Mərkəzi – Gəncə şəhəri, Atatürk prospekti 120B

Referans Tovuz Tibb Mərkəzi – Tovuz rayonu, M.H. Şəhriyar küçəsi (Köhnə xəstəxana ilə üzbəüz)

*Ətraflı məlumat üçün: Çağrı Mərkəzi 0033 və ya (077) 502 00 33 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

https://www.instagram.com/referansmedicalgroup/





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar