Xəbər lenti
21/06/2026 [16:23]
Daha 1 il “Qarabağ”da
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ürək xəstələrinin dərmanları da icbari tibbi sığorta ilə qarşılanacaq

Baxılıb: 9112     Tarix: 27-01-2026 11:15   

“Bu il ambulator dərman təminatı üçün icbari tibbi sığortaya 40 milyon manat vəsaitin ayrılması məzərdə tutulub”​.

Qanunvehedef.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək. Dəyişiklik bir neçə əsas tibbi sahəni əhatə edəcək:

“Bunlardan birincisi travmatologiya sahəsidir. Tibbi göstəriş olduqda, revizion protezləmə, yəni ilkin protezin yenisi ilə əvəz olunmasının icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur.

Bununla yanaşı, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin, kardiologiya sahəsində invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv və yüksək texnoloji tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur”.

Sədr 2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə də yenilikləri açıqlayıb. O bildirib ki, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir:

“Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək”.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar