Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Lisenziyasız tibbi xidmət göstərənlərə nəzarət gücləndirilsin”

Baxılıb: 8311     Tarix: 27-02-2026 10:37   

Lisenziyasız tibbi xidmət göstərənlərə nəzarətin gücləndirilməsi tövsiyə olunur.

Qanunvehedef.az xəbər verir ki, bu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Lisenziyasız və qeyri-ixtisaslı şəxslər tərəfindən tibbi xidmətlərin (xüsusilə də, stomatoloji, plastik-cərrahiyyə və s.) göstərilməsinin qarşısının alınması məqsədilə nəzarət tədbirlərinin gücləndirilməsi təklif edilir.

Hesabatda həmçinin əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi təklif olunur.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar