Xəbər lenti
28/09/2026 [10:18]
Almatıda zəlzələ oldu
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bir qrup dərmanların qiyməti tənzimləndi

Baxılıb: 6118     Tarix: 12-03-2026 16:33   

Tarif (qiymət) Şurasının 12 mart 2026-cı il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

İclasda yeni dövlət qeydiyyatına alınan 183 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 2 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 30 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qərar 16.03.2026-cı il tarixindən qüvvəyə minir. Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.


Qanunvehedef.az





{sape_links}{sape_article}