Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Könül Ələkbərov da işdən çıxarıldı

Baxılıb: 8313     Tarix: 22-04-2026 15:53   

Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Bakupost.az-a məlumatı o özü təsdiqləyib.

K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.

Həkim bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

“Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili tibb” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.

Qeyd edək ki, K.Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.

2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Xatırladaq ki, “Yeni Klinika”nın direktoru Barat Yusubov bu gün vəzifəsindən azad olunub.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar