Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Biz öz tarixi yurdlarımıza mütləq qayıdacağıq” - “Qərbi Azərbaycan İcması”nın sədri

Baxılıb: 605     Tarix: 05-08-2022 10:13   

"Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli APA-ya müsahibə verib.
Qanunvehedef.az həmin müsahibəni təqdim edir:
- "Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrildi. Ad dəyişdirilməsi hansı ehtiyacdan yarandı? Bundan sonrakı fəaliyyət istiqamətində prioritetlər nələr olacaq?
- 44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu. Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdusa, bu gün artıq qarşımızda daha böyük hədəflər – son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bugünə qədərki adı isə bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik.
- Təşkilatın Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın birləşməsində, təşəkkülündə nə kimi rolu gözlənilir?
- Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik.
- Onların hüquqların beynəlxalq aləmdə müdafiəsi üçün addımlar atılacaqmı? Mümkünsə hansı addımlar?
- Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik bir kəlamı var: beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Lakin əlbəttə, biz Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmalıyıq. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Bura 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımıza dəyən maddi və mənəvi ziyan da daxildir.
- Azərbaycan xalqının hazırkı Ermənistan ərazisində yaratdığı və hazırda çoxu məhv edilmiş zəngin tarixi-mədəni irsin öyrənilməsində hansı işlər görüləcək? O abidələrin vandalizm aktına məruz qalması barədə müəyyən materialların toplanılması və bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatınların diqqətinə çatdırılması yönündə də fəaliyyət göstərməyi düşünürsüzmü? Mən bilirəm ki, sizin bu istiqamətdə əhatəli işləriniz var.
- Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatınların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur, xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və biz onları bu işə səfərbər edəcəyik.
- Bir vaxtlar Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın folklorunun, oradakı qədim yer adlarının, mədəniyyətinin öyrənilib gələcək nəsillərə çatdırılması yönündə də işlər görüləcəkmi?
- Qərbi Azərbaycanla bağlı xalqımıza məxsus bütün dəyərlər öyrəniləcək, biz həmin dəyərlərə sahib çıxmağı bacarmalıyıq və bacaracağıq. İndiyə qədər bu işlər xeyli dərəcədə sistemsiz şəkildə aparılıb, lakin bundan sonra sistemli şəkildə aparılacaq.
- Əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıda bilməsi üçün icma hansı işləri görəcək? Bu haqda sizin fikirləriniz nədir? Qayıdış və sülh içində birgəyaşayış mümkündürmü?
- Biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur, insanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz. O ki qaldı İcmanın bu yolda hansı işləri görəcəyinə, təbii ki, İcma bu yolda mümkün olan hər şeyi edəcək. “Qayıdış və sülh içində birgəyaşayış mümkündürmü?” sualınıza gəldikdə isə, nəzəri cəhətdən niyə də olmasın? Lakin praktik cəhətdən ermənilərlə bu, mümkün deyil. Çünki tarixi təcrübə göstərir ki, psixoloji cəhətdən xəstə olan bu toplum – ermənilər heç vaxt və heç bir dövrdə öz qonşuları ilə dinc yanaşı yaşamaq iqtidarında deyillər.шаблоны для dle 11.2