Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

DSMF-nunun gələn il gəlir və xərcləri nə qədər olacaq?

Baxılıb: 690     Tarix: 05-11-2025 12:12   

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsinin gəlirləri 8 milyard 323 milyon 100 min manat, xərcləri isə 8 milyard 483 milyon 70 min manat proqnozlaşdırılır.
Qanunvehedef.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Fondun ümumi xərclərinin 96,62 faizi səviyyəsində proqnozlaşdırılır.
Növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7992,88 mln. manatı əmək pensiyalarının, 203,57 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2026-cı il üçün nəzərdə tutulmuş proqnozu 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787,51 mln. manat və ya 10,63 faiz çoxdur. 2026-cı il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,52 faizini təşkil edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar