Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq

Baxılıb: 719     Tarix: 05-11-2025 11:58   
Bu gün Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik şuraları katiblərinin iclası keçiriləcək.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, Təhlükəsizlik şuraları katiblərinin sayca 13-cü iclasında “MDB məkanında təhlükəsizliyə qarşı çağırışlar və təhdidlər, mümkün birgə cavab tədbirləri” mövzusu müzakirə olunacaq.
Bundan başqa, Sergey Şoyqunun Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov həmçinin Ermənistan və Belarusdan olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Qeyd edək ki, MDB Təhlükəsizlik şuraları katiblərinin görüşü Moskvada 31 oktyabr - 5 noyabr tarixlərində baş tutan “Rusiya və MDB xalqları” adlı beynəlxalq festivalın yekun tədbiri olacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar