Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qarabağ” “Çelsi”yə qarşı - Hər ikisinin 6 xalı var

Baxılıb: 567     Tarix: 05-11-2025 10:56   

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
Qanunvehedef.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb.  Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar