NEZ təmirə dayanır: benzin qalxa bilər? - Ekspert
Baxılıb: 574 Tarix: 01-06-2018 14:50
Benzinin qiymətinin artacağı ilə bağlı heç bir ajiotaja ehtiyac yoxdur.
Bu sözləri Qanunvehedef.az-a SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədovun açıqlamasını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, neftayırma zavodlarının cari təmirə dayanması bütün dünyada ildə 1 dəfə baş verir:
“Azərbaycanda neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir. 2014-cü ilin 1 aprelindən yüksək oktanlı benzinlərin qiyməti bu kateqoriyadan çıxarılsa da, orada kartel sazişi tətbiq edilir. Yəni eyni gündə və saatda bazar iştirakçıları eyni qiyməti tətbiq edirlər. O üzdən benzinin qiymətinin artacağı ilə bağlı heç bir ajiotaja ehtiyac yoxdur. Hər il yanacaq istehsal edən NEZ təmirə dayanır. Məgər onda benzin qiymətləri ilə məsələ gündəmə gəlir? Düzdür, deyə bilərsiniz ki, axı o zamanlar benzin ixracatçısı idik, indi isə idxal edirik. Ancaq bir məsələ var ki, o zaman Azərbaycanda heç yarım milyon maşın yox idi, indi bu rəqəm 1,3 milyona çatıb. İstehlak daxili bazarda artanda əlbəttə ixrac üçün də həcmlər qalmayacaq”.
Ekspert qeyd edib ki, son 2 ildə NEZ-in cari təmiri onun modernizasiyası ilə paralel aparıldığından müddət bir qədər uzanır:
“Ona görə də anbarlarda yığılan ehtiyat heç də yerli tələbatı ödəmir. Adətən avqustda Nazirlər Kabineti sərəncam verərək müəyyən limitlənmiş dövrdə Aİ-92 markalı benzinin idxal vergilərini sıfırlayır. Bu, NEZ-in fəaliyyəti bərpa edilənə qədər daxili bazarda həmin marka neft məhsulunun satış qiymətinin artmaması üçün edilir”.
Qeyd edək ki, SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov Heydər Əliyev adına Neft Emalı Zavodunun oktyabrda planlaşdırılmış illik əsaslı təmirə bağlanacağını açıqlayıb.
D.Məmmədov bildirib ki, NEZ-də istehsalın dayandırılması zamanı daxildə Aİ-92 markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş iyunda imzalanacaq.

Ən çox oxunanlar
Son xəbərlər