Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğandan İsrail-HƏMAS razılaşmasına - Münasibət

Baxılıb: 679     Tarix: 09-10-2025 12:21   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və HƏMAS hərəkatının Qəzza zolağı ilə bağlı razılaşmasına münasibət bildirib. 
Qanunvehedef.az xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib.
“Şarm əl-Şeyxdə həyata keçirilən və Türkiyə olaraq bizim də töhfə verdiyimiz HƏMAS-İsrail danışıqlarının Qəzzada atəşkəslə nəticələnməsindən böyük məmnuniyyət duyuruq.
İsrail hökumətinin atəşkəsə təşviq edilməsində lazımi siyasi iradə nümayiş etdirən ABŞ Prezidenti Tramp başda olmaqla, razılaşmanın əldə olunmasına mühüm dəstək verən qardaş ölkələrimiz Qətər və Misirə səmimi təşəkkürümü bildirirəm. Türkiyə olaraq razılaşmanın icrasını yaxından izləyəcək və prosesə töhfə verməyə davam edəcəyik”, - Türkiyə lideri bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın onun təklif etdiyi sülh planının birinci mərhələsini imzaladıqlarını açıqlayıb. Bu gün isə İsrail və HƏMAS-ın atəşkəs rejiminin dərhal qurulması barədə razılaşma imzalayacaqları gözlənilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar